Orxan Qurbanlının komandası 7 cavabsız qolla uduzdu
- 16 May 2021 11:41
- 602
Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb.
Rekord.az xəbər verir ki, onun formasını geyindiyi “Dinamo-Avto” bu gün ölkə çempionatının 33-cü turu çərçivəsində doğma meydanda Tiraspol “Şerif”i ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:7. Orxan da bu görüşün iştirakçısı olub. O, 56-cı dəqiqədə meydana buraxılıb.
“Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 33 oyunda 41 xal toplayıb və 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.