“Çətin olacağını bilirik”.

Rekord.az xəbər verir ki, bunu "Zirə"nin futbolçusu Pyer Zebli Bakıda Xorvatiyanın "Osiyek" komandasına qarşı keçirəcəkləri Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

Yarımmüdafiəçi bu görüşdə yalnız qələbəyə kökləndiklərini vurğulayıb:

"Rəqib yaxşı futbolçulardan təşkil olunmuş kollektivdir".

Avqustun 15-də “Liv Bona Dea Arena”da reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Səfərdəki görüşdə heç-heçə (1:1) qeydə alınıb.