Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam sona yaxınlaşır.

Rekord.az xəbər verir ki, altıncı yarış günündə 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub. 

İntiqam Vəlizadə debütdə Fransa təmsilçisinə məğlub olub. Abubakr Abakarov isə səhhəti ilə bağlı problem yarandığı üçün xalçaya çıxmayıb.

Turan Bayramov startda Ukrayna idmançısına qalib gəlib. Lakin o, növbəti cəhdində Rusiya güləşçisinə uduzub.

Mübarizəyə 1/8 finaldan qoşulan Osman Nurməhəmmədov Moldova güləşçisi üzərində inamlı qələbə qazanıb. Milli üzvü Almaniya idmançısına da heç bir şans tanımayıb. Yarımfinalda İran pəhləvanından da güclü olan Osman adını finala yazdırıb.

61 kq
Təsnifat: İntiqam Vəlizadə - Arman Eloyan (Fransa) 2:3

74 kq
Təsnifat: Turan Bayramov - Vadim Kirilenko (Ukrayna) 6:0
1/8 final: Turan Bayramov - Çermen Valiyev (Rusiya) 3:8

86 kq
Təsnifat: Abubakr Abakarov - Səccad Qulami (İran) -:+

92 kq
1/8 final: Osman Nurməhəmmədov - Andrian Qrosul (Moldova) 8:0
1/4 final: Osman Nurməhəmmədov - Yohannes Mayer (Almaniya) 7:0
1/2 final: Osman Nurməhəmmədov - Əmirhüseyn Firuzpurbandpey (İran) 10:7
Final: Osman Nurməhəmmədov - Azamat Zakuyev (Rusiya)