Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

Rekord.az xəbər verir ki, ikinci yarış günündə 57, 65, 79 və 92 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.

Əfqan Xaşalov 1/8 finalda Meksika təmsilçisiylə gərgin keçən görüşdə sonuncu xal prinsipinə əsasən qalib gəlib. Ancaq 1/4 finalda Almaniya güləşçisinə uduzub.

Əli Rəhimzadə ilk mərhələdə Koreya idmançısına məğlub olub.

Mübarizəyə 1/8 finaldan qoşulan Əşrəf Aşırov Slovakiyadan olan son Avropa çempionunu üstələyib. 1/4 finalda Yaoniya güləşçisiylə görüş gərgin mübarizə şəraitində keçib. Yekunda xalların keyfiyyətinə görə asiyalı idmançı qalib elan olunub.

Osman Nurməhəmmədov dünya çempionatına inamlı start verib. Millimizin üzvü cəmi 45 saniyə ərzində Hindistan təmsilçisinə tam üstünlüklə qalib gəlib. Nurməhəmmədov Avropa ikincisi olmuş Polşa güləşçisini də məyus edərək yarımfinala yüksəlib. Finalın bir addımlığında Rusiya idmançısına uduzan Osman oktyabrın 4-də bürünc medal uğrunda güləşib. Belarus güləşçisinə qalib gələn təmsilçimiz dünya üçüncüsü olub.

57 kq
1/8 final: Əfqan Xaşalov - Roberto Alexandro (Meksika) *8:8
1/4 final: Əfqan Xaşalov - Horst Ler (Almaniya) 1:4

65 kq
1/16 final: Əli Rəhimzadə - Yunsik Yun (Koreya) 2:3

79 kq
1/8 final: Əşrəf Aşırov - Axşarbek Qulayev (Slovakiya) 4:0
1/4 final: Əşrəf Aşırov - Ryuki Yoşida (Yaponiya) 4:4*

92 kq
1/8 final: Osman Nurməhəmmədov - Prutviraj Patil (Hindistan) 10:0
1/4 final: Osman Nurməhəmmədov - Mateuş Baranovski (Polşa) 7:3
1/2 final: Osman Nurməhəmmədov - Məhəmməd Qurbanov (Rusiya) 4:7
Bürünc medal görüşü: Osman Nurməhəmmədov - Omarhacı Məhəmmədov (Belarus) 2:0