Ötən il Azərbaycandan kənarda 58 idmançıdan test nümunəsi götürülüb
- 08 Fev 2024 18:15
- 251
2023-cü ildə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) sifarişi ilə ölkədən kənarda Azərbaycanın 58 idmançısından test nümunəsi götürülüb.
Rekord.az AMADA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə və Rusiyanın hər birində 17, Avstriyada 12, Bolqarıstanda 8, Yaponiyada isə 4 idmançı antidopinq testindən keçib.
Testetmə AMADA-nın həmin ölkələrin milli antidopinq təşkilatları ilə mövcud əməkdaşlığı çərçivəsində təşkil olunub.
2023-cü ildə AMADA 282 beynəlxalq sifariş əsasında test həyata keçirib.