Aylar öncə Lənkəran stadionunun təmirə bağlanacağı, "Xəzər Lənkəran"ın yenidən bərpa olunacağına dair xəbərlər yayılsa da, hələ ki, bu xəbərlər öz təsdiqini tapmır.

Rekord.az son duruum nə yerdə olması ilə maraqlanıb və məlum olub ki, hələ də hər şey "köhnə hamam, köhnə tas"dı.

Stadionda nəinki təmir işləri aparılır, əksinə, arenanın durumu günü-gündən pisləşir. Oturacaqların çoxu sökülüb, tablo yararsız vəziyyətdədir, qazon da ideal vəziyyətindən çox-çox uzaqdı. Arenanın inzibati binası da yaxşı vəziyyətdə deyil. Daxili divarlar belə, kif atıb, santar qovşaqlar pis vəziyyətdədir, yox səviyyədədir. Təmir məsələsi gündəmdə qalır. Lakin bu işlərə konkret olaraq nə zaman start veriləcək, bunu deyən yoxdur.