![photo](https://www.rekord.az/storage/uploads/3/ouen-1.jpg)
Ouen maliyyə feyr-pleyindən narazıdı
- 19 Noy 2023 11:46
- 272
Məşhur ingiltərəli sabiq hücumçu Maykl Ouen maliyyə feyr-pleyi barədə danışıb. “Rekord.az” xəbər verir ki, o, tənqidi çıxış edib və bu qaydanın yalnız varlıları müdafiə etdiyini bildirib.
Oueni dinləyək: “Everton”un xal silinməsinə layiqdimi, bu, müzakirə mövzusudu. Mən heş vaxt maliyyə feyr-pleyini bəyənməmişəm. Yəqin ki klubların gələcəyini qorumaq üçün daha yaxşı metod var. MFP isə ancaq elit klubları müdafiə edir və onlara çatmağa çalışanların rəqabətə qoşulmasına demək olar ki mümkünsüz edir”.