“Qarabağ” qış transfer pəncərəsində ilk transferini reallaşdırıb.

Rekord.az xəbər verir ki, Ağdam klubu İspaniya La Liqasında çıxış edən "Leqanes"in forvardı Ovusu Kvabenanı heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı forvardla 3,5 illik müqavilə imzalanıb.

Mövsümün ilk yarısını icarə əsasında İspaniyanın "Kordoba" klubunda keçirən qanalı futbolçu 17 oyunda 6 qola imza atıb.

“Qarabağ”ın yeni transferi ölkəsinin əsas millisində də 4 oyuna çıxıb.