Bu gün Bolqarıstanın “Ludoqorets” klubu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın qonağı olub.

Rekord.az xəbər verir ki, 1:2 hesabı ilə qalib gələn Bolqarıstan klubunun çalışdırıcısı Georgi Dermenciyevin mətbuat konfransı keçirilib.

O, matçın hələ bitmədiyini bildirib: “Bu matçı 50-nin 50-yə hesab edirəm. Daha sonra nə baş verəcəyini ikinci matçda görəcəyik. Hücumda daha çox “Qarabağ” seçilirdi.

Bu haqda çox ətraflı danışmaq istəmirəm. Məyusam ki, futbolçumun ayağı iki yerdən qırılıb.

Matç hələ bitməyib. Davamını evdə azarkeşlərimizin önündə oynayacağıq. Baxarıq, necə olur. İki oyunçumuzun olmaması bizim üçün yaxşı hal deyil. Evdə onları əvəz etməliyik. Bizim üçün çətin olacaq. Strategiyamızı açıqlaya bilmərəm”.

“Ludoqorets” – “Qarabağ” matçının cavab qarşılaşması avqustun 13-ü Bolqarıstanda keçiriləcək.