“Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 17-ci turunda "Zirə" ilə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında deyib:


"Gərgin oyun oldu. Hava şəraiti və külək hər iki komandaya mane olurdu. Hər iki komanda xarakter göstərdi. Oyun qola qədər davam edəcəkdi. Qol olmadığına görə nəticəni qanunauyğun hesab etmək olar”.