
“Oyun sayı az olsun, amma keyfiyyət yüksək olsun” - Qurban Qurbanov
- 08 Mar 2025 21:30
- 66
"Çox qısa deyəcəm, futbolçularımı təbrik edirəm. Azarkeşlərimizə təşəkkür edirəm ki, bizimlə oldular. Çox vacib üç xal əldə etdik".
Rekord.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 26-cı turunun "Araz-Naxçıvan"la matçından sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- Meydanda mübahisə düşdü. Bu məsələ ilə bağlı fikirləriniz necədir?
- Fikir bildiriləsi bir şey yoxdur. Oyun başlayanda rəqib aqressiv idi. Sonda da aqressiya belə hadisəyə çevrildi. Futbolda olan hadisələrdir. Kütləvi atışmalar olur. İstəməzdim ki, olsun. Çox aqressiv əl-qol atmaq, hansısa ifadələr işləmək doğru deyil.
- Yayda transfer çox olacaq?
- Ola bilər. Futbolçuların klubları ilə müqaviləsi olur. İstədiyimiz vaxtda rahatlıqla oyunçu götürə bilmərik. Söz verə bilmərəm neçə transfer olacaq. Amma axtarırıq, baxırıq. Dəyişikliklər gözlənilir.
- 3 klubun da gələcəyini nəzərə alsaq, növbəti mövsüm gərgin olacaq? Legioner limitinin ləğvinin təsiri necə ola bilər?
- Bilmirəm. Amma fərq olacaq. Hansı formada olacaq, deyə bilmərəm. Komandaların sayı artır. Fərqli-fərqli oyunlar çox olacaq. Ola bilər ki, çempionat daha da aktivləşləsin.
- Yeni mövsümdə Premyer Liqada oyun sayı 36 yox, 33 olacaq. Bu, sırf "Qarabağ" üçün problemdir?
- Yox, inanmıram. Çünki oyun sayı heç də az deyil. Kubok matçları da olacaq. Əsas keyfiyyətdir. Eybi yox, oyun sayı az olsun, amma keyfiyyət yüksək olsun. Onda inkişaf da olacaq. (Sportal)