“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Sumqayıt”la qarşılaşmada (3:1) qazandıqları qələbədən danışıb.

Rekord.az xəbər verir ki, o, matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Öncə öz oyunçularımı təbrik etmək istəyirəm, onlar bu gün çox yaxşı oyun nümayiş etdirdilər. Bütün nəzarət bizdə idi. Əfsuslar olsun ki, biz səhv etdik və hesabda ilk geri düşdük. Ondan sonra 10-15 dəqiqə biz normal olaraq özümüzə inamı itirdik. Birinci hissənin sonunda fərqlənməyə çalışdıq, ancaq bir çox qol fürsətlərimizi reallaşdıra bilmədik. Hücumda keyfiyyətli oyun nümayiş etdirdik. 2 qol vurduq. Oyunu tez bitirə, daha çox qol fürsətlərimizi reallaşdıra bilərdik. Bu gün qələbəyə layiq idik. “Sumqayıt” heç bir qol fürsəti yaratmadı. Daha çoxunu edə bilərik, addım addım irəliləməliyik”.