Bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında İrlandiyanın “Sent-Patriks Atletik” klubu “Sabah”ın qonağı olub.

Rekord.az xəbər verir ki, 1:0 hesabı ilə qalib gələn İrlandiya klubunun baş məşqçisi Stefen Kenninin oyunsonrası mətbuat konfransı keçirilib. İrlandiyalı çalışdırıcı oyunçuları ilə fəxr etdiyini bildirib:

“Oyunçularımla fəxr edirəm. İlk oyunda qələbə qazanmağımıza baxmayaraq, bu cütün favoriti sayılmırdıq. “Sabah” çox yaxşı komandadır. Sevinirəm ki, mərhələni keçən tərəf biz olduq. Hər iki oyunda qələbə qazanmağımıza baxsaq, biz daha yaxşı çıxış etmişik”.

İki oyunun nəticəsinə əsasən 2:0 hesabı ilə qalib gələn “Sent-Patriks Atletik” Konfrans Liqasında pley-off mərhələsinə yüksəlib.