II Liqanın iddialı komandalarından olan "Cəbrayıl" bir sıra məsələlərdə də işə peşəkar yanaşmağa çalışır.

Rekord.az xəbər verir ki, Cəbrayıl təmsilçisi II Liqada yeganə komandadır ki, Bakıdan kənarda yerləşən səfər oyunlarına oyundan bir gün öncə gedir.

Oradakı ən yaxşı otellərdə qalan "Cəbrayıl" futbolçuları matç öncəsi son məşqlərini də səfər etdikləri bölgənin stadionundan edirlər.