Ozan Can komandasını məğlubiyyətdən xilas etdi
- 24 Dek 2023 12:30
- 218
Niderland 1-ci divizionunda 20-ci turun matçları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozancan Kökçünün formasını geyindiyi "Eyndhoven" evdə “Ayaks”ın gənclərdən ibarət komandası ilə qarşılaşıb.
Görüş 2:2 hesabı ilə başa çatıb. Ozan Can Kökçü bu matçda 90 dəqiqə oynayıb. Komandasının 2-ci qolunu da 69-cu dəqiqədə millimizin üzvü vurub.
“Eyndhoven" Niderland 1-ci divizionunda 30 xalla 10-cu pillədə qərarlaşıb.