Ozan Can mövsümün son matçında qol vurdu
- 11 May 2024 14:15
- 193
Futbol üzrə Niderland birinci divizionunda mövsümün sonuncu - 38-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də sonuncu matçına çıxıb.
Sözügedən kollektiv evdə “Den Boş”la qarşılaşıb. Futbolçumuzun komandası bu matçda inamlı qələbəyə sevinib – 2:0.
Ozan da bu görüşün iştirakçısı olub. O, 75-ci dəqiqədə meydana buraxılıb, 88-ci dəqiqədə isə komandasının ikinci qolunu vurub.
“Eyndhoven” mövsümü 43 xalla 14-cü pillədə başa vurub.