Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökcünün yeni transfer olunduğu HJK (Finlandiya) səfərdə Monteneqronun "Deçiç" komandası ilə qarşılaşıb.

Qarşılaşmanın əsas vaxtı Finlandiya təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Cütün qalibi isə penaltilər seriyasında müəyyənləşib. 4:3 hesabıyla qalib gələn HJK pley-offa yüksəlib.

Ozan Can da bu görüşün iştirakçısı olub. 26 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb və fasilədə əvəzlənib.