Futbol üzrə Niderland 2-ci liqasında 9-cu turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv səfərdə “Den Boş”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Ozan da bu matçın iştirakçısı olub. O, 80-ci dəqiqədə meydana buraxılıb.

“Telstar” 2-ci liqada 9 turdan sonra 12 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.