Futbol üzrə Niderland 2-ci liqasında 8-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Alkmaar”ın əvəzedici komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
 
Ozan bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
“Telstar” 2-ci liqada 8 turdan sonra 9 xalla 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.