Niderland kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün komandası “Eyndhoven” də bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Sittard”la qarşılaşıb və 0:2 hesabıyla məğlub olaraq kubokla vidalaşıb.

Ozan Can bu görüşdə 90 dəqiqə meydanda olub.