Futbol üzrə Niderland birinci divizionunda 33-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Oss”la qarşılaşıb. Futbolçumuzun komandası yekunda 1:2 hesablı məğlubiyyətə üzülüb.

Ozan da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub. Komandasının yeganə qolunu da 11-ci dəqiqədə millimizin futbolçusu vurub.

“Eyndhoven” hazırda 38 xalla 14-cü pillədə qərarlaşıb.