Ozan Canlı “Eyndhoven” evdə uduzdu
- 21 Okt 2023 13:30
- 203
Futbol üzrə Niderland birinci divizionunda 1-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Helmond”la qarşılaşıb və 0:1 hesabıyla uduzub.
Ozan da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub.
“Eyndhoven” hazırda 17 xalla 20 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.