![photo](https://www.rekord.az/storage/uploads/5/ozan-can-kokcu-3.jpg)
Ozan Canlı “Eyndhoven” mövsümə 1 xalla başladı
- 14 Avq 2023 00:25
- 267
Niderland birinci divizionunda 2023/2024 mövsümünə start verilib.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də ilk matçına çıxıb.
Sözügedən kollektiv evdə “Villem 2” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Ozan da bu görüşün iştirakçısı olub. O, ilk dəqiqələrdən meydanda olub və 89-cu dəqiqədə əvəzlənib.