Ozan Canlı “Eyndhoven” səfərdə uduzdu
- 28 Okt 2023 10:30
- 254
Futbol üzrə Niderland birinci divizionunda 12-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “De Qrafşap”la qarşılaşıb və 1:2 hesabıyla məğlub olub.
Ozan da bu görüşün iştirakçısı olub və 90 dəqiqə oynayıb.
“Eyndhoven” hazırda 20 xalla 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.