Futbol üzrə Niderland birinci divizionunda 21-ci turdan təxirə salınmış oyunlar keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Roda” ilə qarşılaşıb və 3 cavabsız qola üzülüb – 0:3.

Ozan da bu görüşün iştirakçısı olub və 90 dəqiqə oynayıb. O, 61-ci dəqiqədə sarı vərəqə də alıb.

“Eyndhoven” hazırda 30 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.