
Ozan Tufan "Hall Siti"də
- 2022-07-02 12:16
- 94
Türkiyə millisinin üzvü Ozan Tufanın "Hall Siti"yə keçidi rəsmiləşib.
Rekord.az klubun saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, O.Tufan müqavilə ilə "Fənərbaxça"ya məxsus idi.
Xatırladaq ki, Çempionşip təmsilçisinin sahibi “TV8” kanalının rəhbəri Acun Ilıcalıdır.