Ozancan Kökçü: "İlk dəfə bir oyunumuzda bu qədər fanat var idi" MÜSAHİBƏ
- 16 Okt 2019 11:00
- 953
21 yaşadək futbolçulardan ibarət yığmamızın yarımmüdafiəçisi Ozan Can Kökçü AVRO-2021-in seçmə mərhələsinin İsveçrə ilə oyunundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb:
- Ümumiyyətlə, hər iki hissədə yaxşı oynadığımızı düşünürəm. Rəqibə elə ciddi qol şansı vermədik. Bizdə isə 4-5 real epizod oldu. Rəqibin vurduu qol sırf bəxtlə bağlı idi. İsveçrədən daha yaxşı oynadıq. Qismət deyilmiş.
- Səncə, bu gün şanssızlıq bizə mane oldu?
- Oyuna baxsaq, bizim daha yaxşı oynadığımızı demək olar. Əlimizdən gələni etdik, alınmadı.
- İsveçrənin belə zəif oynayacağını gözləyirdiz?
- Bəlkə də insanlar bizim bu qədər yaxşı oynayacığımızı gözləmirdi. Bu da var. 3 ildir U-21-də oynayıram. Millidə inkişaf hiss olunur.
- U-21 bu gün ən yaxşı oyununu göstərdi. Bunda azarkeş amili rol oynadımı?
- Ola bilər. Açığı, ilk dəfə bir oyunumuzda bu qədər fanat var idi. Öz adıma deyə bilərəm ki, mənim üçün əlavə motivasiya oldu.
- Əvvəlki oyunlarda da belə dəstək olsaydı, hər şey fərqli ola bilərdimi?
- Məncə, ola bilərdi. Sonradan nəsə demək düzgün olmaz. Çünki mən Allaha çox inanıram. Qismət belə imiş. Bu gün meydana olduqca motivasiyalı çıxmışdıq. Çox sevindim. İnanıram ki, qarşıdakı oyunlarda da belə davam edəcək.
- Qeydə alınmayan qolla bağlı nə deyə bilərsən?
- Epizodu tam görə bilmədim. Təkrara baxmamışam. Təəssüflənirəm. A millinin oyununda da Bəhlulun qolunu saymadılar. Hakimlərə hörmət edirəm. Təkrarı izləməmiş nəsə demək düz çıxmaz.
- Növbəti oyun evdə Lixtenşteynə qarşı olacaq. İlk matçdakı biabırçılığın təkrarlanamaması üçün nə etmək lazımdır?
- Mən ilk oyunda oynamamışdım. Zədəm var idi. Oynamasam da, matçı izləmişdim. Bugünkü kimi oynasaq, hər rəqiblə bacara bilərik. Heç kim bizdən bu cür oyun gözləmirdi. Fransa ilə matçda 0:5 uduzsaq da, üstünlük bizdə idi. Sübut etdik, Azərbaycan futbolu inkiaşf edir.
- Qarşıdakı oyunlardan nə gözləyək?
- Baş məşqçimiz də yaxşı nəticə gözlədiyini dedi. Oyunumuz artan qrafiklə gedir. Bu cür davam etməliyik. Ancaq yuxarı getməliyik.