Özbək futbolçu Asiyada ilin ən yaxşı gənc oyunçusu seçildi
- 29 Okt 2024 19:20
- 106
Özbəkistan millisinin və Rusiyanın ÇSKA klubunun yarımmüdafiəçisi Abbosbek Fayzullayev Asiyada ilin ən yaxşı gənc futbolçusu seçilib.
Rekord.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Onun mükafat uğrunda rəqibləri Yaponiyanın "Kamimura" klubunun hücumçusu Qaku Navata və İngiltərə təmsilçisi "Stok Siti"nin yarımmüdafiəçisi Bae Yun-Ho olub.
"AFC Annual Awards" mükafatlarının təqdimetmə mərasimi Seulda baş tutub.
21 yaşlı Fayzullayev ötən mövsüm Moskva klubunun heyətində 32 matç keçirib, 5 qol vurub və 14 məhsuldar ötürmə edib.