Özbəkistan çempionatında kütləvi dava VİDEO
- 02 Dek 2020 16:45
- 630
Özbəkistan Pro-liqasının son turunun "Neftçi" - "Turan" oyunu kütləvi davaya səhnə olub.
Rekord.az xəbər verir ki, Superliqaya vəsiqə uğrunda matçda 0:1 hesabı ilə uduzan meydan sahiblərinin futbolçuları final fitinin ardından referiyə hücum edib.
Oyunçulardan biri ayaq zərbəsi ilə referini yerə sərib. Daha sonra Fərqanə təmsilçisinin azarkeşləri də meydana axışaraq davaya qoşulub.
"Neftçi" futbolçularının narazılığının səbəbi hələlik məlum deyil. İnsidentlə bağlı rəsmi açıqlama verilməyib.
Yenildiyi üçün ikinci pillədə qalan "Neftçi" Superliqaya çıxmaq şansını itirib.