![photo](https://www.rekord.az/storage/uploads/5/az-1691139492-dilshod.jpg)
Özbəkistan millisindən "Araz-Naxçıvan"a
- 04 Avq 2023 14:45
- 284
Yeni mövsümdə ilk sınağını UEFA Çempionlar Liqasında verəcək “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Rekord.az xəbər verir ki, futzal üzrə Azərbaycan çempionu Özbəkistan millisinin daha bir üzvü ilə anlaşıb.
Söhbət 34 yaşlı Dilşod Rahmatovdan gedir. Son klubu “Jizzax-kenteks” olan müdafiəçi icarə əsasında Çempionlar Liqasının oyunlarında təmsilçimizə kömək edəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” yay fasiləsi zamanı legionerlərdən braziliyalı Erik Dannilo, serb Ninoslav Aleksiç, özbək Husniddin Nişonov və xorvat qapıçı Luka Pavloviçlə anlaşıb.