Özbəkistan yığması Bakıda toplanışdadır
- 14 Yan 2024 20:30
- 320
Özbəkistanın ağırlıqqaldırma üzrə kişilərdən ibarət yığma komandası Azərbaycanda təlim-məşq toplanışındadır.
Rekord.az xəbər verir ki, kollektivin Bakıya gəlişində məqsəd 3-10 fevral tarixlərində Daşkənddə keçiriləcək Asiya çempionatında uğurlu çıxış, həmçinin Paris 2024 Olimpiya Oyunlarına yaxşı hazırlaşmaqdır.
Qonaqlar yeni istifadəyə verilmiş təlim-məşq bazasında bütün lazımi şəraitlə təmin olunublar. Onların toplanışı fevralın 4-nə qədər davam edəcək.