Özil ABŞ klubunun hədəfində
- 24 Sen 2021 12:43
- 481
“Fənərbaxça”nın yarımmüdafiəçisi Məsut Özil klubundan ayrıla bilər..
Rekord.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniya millisinin sabiq üzvünün ABŞ-a köçmək variantı yaranıb.
MLS-də təmsilçiləri "Nyu York Red Bull” və “İnter Mayami” 33 yaşlı futbolçunu heyətinə cəlb etməyə çalışır.
Qeyd edək ki, bu ilin əvvəlində Türkiyə klubuna keçən Özilin “Fənərbaxça” ilə 3 illik müqaviləsi var.