Arsenal" futbolçusu Məsut Özillə yolları ayırmaq istəyir.

Rekord.az xəbər verir ki, London təmsilçisi son həftələrdə 31 yaşlı yarımmüdafiəçi ilə müqaviləni ləğv etmək üçün danışıqlar aparsa da, buna müvəffəq olmayıb.

"Arsenal"ın türkəsilli alman oyunçu ilə danışıqlara davam edəcəyi bildirilib.

Nəşr yazıb ki, Məsut 2021-ci ilin yayında başa çatacaq müqavilənin erkən ləğvi üçün klubdan 13 milyon funt sterlinq istəyir. Bu isə müqavilə qüvvədə olacağı müddətdə ona çatacaq məbləğdir.

M.Özil mart ayından matçlarda iştirak etmir. "Arsenal" onu Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsinə daxil etməyib.