Son günlər gündəm olan məsələlərdən biri də "Qarabağ"ın xorvatiyalı futbolçusu Filip Ozobiçin milliləşdirilməsindən gedir.

Rekord.az xəbər verir ki, millinin baş məşqçisi Di Byazi Ozobiçlə görüşüb və ona millidə çıxış etməklə bağlı təklif irəli sürüb.

Əldə etdiyimiz məlumata görə, futbolçu isə yekun qərarını mövsümün sonunda verəcəyini açıqlayıb. Yəni Ozobiç çoxlarının düşündüyü kimi, Azərbaycan millisində oynamaqla bağlı razılıq verməyib. Ola bilsin ki, mövsümün sonunda Di Byazinin istədiyi cavabı verməsin.

Qeyd edək ki, bu yay Ozobiçin Azərbaycanda oynamasının 5 ili tamam olur.