Ozobiç millimizdəki karyerasını sonlandırmaq istəmir
- 27 Avq 2024 18:20
- 161
"Neftçi"də çıxış edən Filip Ozobiç Azərbaycan millisindəki karyerasını sonlandırmaq istəmir.
Rekord.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi bu barədə Xorvatiya mətbuatına müsahibəsində bildirib.
Əslən Xorvatiyadan olan oyunçu Millətlər Liqası və dünya çempionatının seçmə mərhələsində çıxış etmək niyyətindədir:
"Niyə də olmasın? Sağlam və formada olsam, daha çox oynamaq istərdim".
Ozobiç 2021-ci ildən Azərbaycan yığmasının formasını geyinir.