Ozobiçin millimizdə oynaması baş tutmaya bilər
- 29 May 2021 12:00
- 897
Xəbər verdiyimiz kimi, AFFA “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiçi milliləşdirib. Daha doğrusu, xorvatiyalı ölkəmizdəki 5-ci ilimi tamamladığından UEFA onun Azərbaycan millisində oynamasına müsbət cavab verib.
Lakin Rekord.az xəbər verir ki, Ozobiç milli pasport alsa da milli komandamızda oynamaya bilər.
İş ondadır ki, 30 yaşlı futbolçunun “Qarabağ”dan getmək ehtimalı var. Bizə daxil olan məlumata görə isə, Ozobiç Azərbaycansdan getsə millimizdən də imtina edəcək.