“Özümü xoşbəxt hiss edirəm” - Filip Ozobiç
- 06 Mar 2021 17:40
- 805
“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Qəbələ”yə 3:0 hesabıyla qalib gəldikləri oyunda dubla imza atmasından danışıb.
Rekord.az xəbər verir ki, xorvat yarımmüdafiəçi klubun mətbuat xidmtinə açıqlamasında bunları söyləyib:
“Qarşıda bizi çox oyun gözləyir. “Qəbələ” ilə matçda oyunumuzdan çox xoşum gəldi. Fikrimcə, komandamız qələbəyə layiq oynadı. Çalışmalıyıq ki, yüksələn xəttlə gedək və bu səviyyəni qoruyaq. Ümid edirəm ki, belə də olacaq. Qollarıma gəlincə, çox sevinirəm. Zədədən sonra ilk dəfə start heyətdə yer aldım. İki qol vurmağım məni sevindir və əsas odur ki, bu, komandamıza qələbə qazandırdı. Özümü xoşbəxt hiss edirəm. “Qəbələ” ilə oyun artıq geridə qalıb. Bu matçı unudub, növbəti oyunlara köklənməliyik”.
Qeyd edək ki, “Qarabağ” növbəti matçını martın 9-da səfərdə “Zirə”yə qarşı keçirəcək. Bu oyuna saat 17:15-də start veriləcək.