“Dinamo"nun futbolçusu Sami Mmae Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ"la cavab oyunundan öncə baş tutan mətbuat konfransında iştirak edib.

Rekord.az mərakeşli mərkəz müdafiəçisinin fikirlərini diqqətinizə çatdırır:

“Rəqib komanda öz doğma evində oynayır. Bu oyun bizim üçün çətin keçəcək. Bizim bütün diqqətimiz və fokusumuz matçı yaxşı səviyyədə keçirməkdir ki, növbəti mərhələlərə addım ata bilək. Özümüzə inanırıq. Gücümüzün olduğunu düşünürük. "Ferentsvaroş"un heyətində "Qarabağ"a qarşı oynamışam. Həmin matçı xatırlayıram. Oyun çətin keçmişdi. Azarkeşlər tərəfindən "Qarabağ"a güclü dəstək var idi. Sabahkı oyunda da bunu gözləyirik”.