Özünü "Borussiya"nın lideri sayır
- 23 Fev 2021 13:42
- 642
"Borussiya"nın futbolçusu Erling Haaland Dortmund təmsilçisindəki rolundan danışıb.
Rekord.az Almaniya mətbuatına istinadən xəbər verir ki, norveçli oyunçu özünü komandanın lideri kimi gördüyünü deyib: “Mən komandanın lideriyəm, bunu deyə bilərəm. Getdikcə daha çox yer tutduğumu hiss edirəm. Klub mənə güvənir və görüşün taleyini dəyişməyə hər zaman hazır olmağımı gözləyir. Bu rolu sevirəm. Gənc olmağıma baxmayaraq, onsuz da çox şey yaşadığımı hiss edirəm. Məndən kiçik olanlara kömək etməyə çalışıram, bu vacibdir".
Qeyd edək ki, Haaland 2020-ci ilin yanvarında "Zalsburq"dan Dortmund təmsilçisinə transfer olunub. 20 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 26 oyunda 29 qol vurub və 7 qolun ötürməsini verib.