İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Koul Palmer Premyer Liqada rekorda imza atıb.


Rekord.az xəbər verir ki, futbolçu bunu XV turda səfərdə "Tottenhem"ə penaltidən iki qol vurmaqla reallaşdırıb.


Bununla da 22 yaşlı oyunçu Premyer Liqada çıxış etdiyi müddətdə 11 metrlik nöqtədən vurduğu 12 zərbənin hamısını reallaşdırıb. İngiltərəli futbolçu 100 %-lik göstərici ilə liqa rekordçusu olub. Buna qədər rekord 11 penaltini dəqiq yerinə yetirmiş Yaya Tureyə məxsus idi.


Qeyd edək ki, "Tottenhem" - "Çelsi" matçı qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb. Palmer 61 və 84-cü dəqiqələrdə fərqlənib.