“Palmeyras” Luşemburqonu istefaya göndərdi
- 16 Okt 2020 18:15
- 614
Braziliyanın “Palmeyras” klubu baş məşqçisi Vanderley Luşemburqonu ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
İstefaya komandanın yeni mövsümdə o qədər də uğurlu çıxış edə bilməməsi səbəb göstərilir. 68 yaşlı mütəxəssis 2019-cu ilin dekabrında 5-ci dəfə (!) bu klubun baş məşqçisi təyin olunmuşdu.
“Palmeyras” Braziliya çempionatında bu mövsüm meydana çıxdığı 15 oyunda cəmi 22 xal toplaya bilib və 7-ci pillədə qərarlaşıb.
Ölkəsində “Flamenqo”, “Korintians”, “Kruzeyro”, “Santos”, “Qremio”, “Fluminense”ni, İspaniyada “Real”ı çalışdırmış Luşemburqo, 1998-2000-ci illər aralığında Braziliya millisinə də rəhbərlik edib.