Paolo Rossinin dəfn mərasimi zamanı evi qarət olundu
- 13 Dek 2020 14:30
- 645
Futbol üzrə İtaliya millisinin keçmiş hücumçusu Paolo Rossinin evi onun dəfn mərasimi zamanı qarət edilib.
Rekord.az xəbər verir ki, cinayətkarlar dekabrın 10-da 64 yaşında vəfat edən keçmiş futbolçunun qol saatı da daxil olmaqla, şəxsi əşyalarını oğurlayıblar.
Rossinin arvadı dəfn mərasimindən qayıtdıqdan sonra əşyaların olmadığını görüb. Hadisə ilə bağlı polis araşdırma aparır.
Qeyd edək ki, Rossi 1982-ci ildə keçirilən dünya çempionatında 6 qolla bombardir olub və millisinin turniri qalibi olmasına kömək edib. O, həmin il "Qızıl top" da qazanıb.