![photo](https://rekord.az/uploads/5/8da7be19-488b-39e0-8120-c9f29ae30a67-850-600x300.jpg)
Paraatletika millimiz Türkiyəyə yollandı
- 2024-03-02 16:30
- 167
Paraatletika üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək.
Rekord.az xəbər verir ki, komanda bu məqsədlə qardaş ölkəyə yollanıb.
Yığma üzvləri martın 21-dək hazırlığını davam etdirəcəklər.
Bu toplanış martın 21-25-i aralığında İtaliyanın Cesolo şəhərində keçiriləcək “Jesolo 2024 World Para Athletics Grand Prix” yarışına hazırlıq xarakteri daşıyır.