Paralimpiya Komitəsində baş katib vəzifəsi ləğv olundu
- 29 Apr 2022 18:15
- 465
Azərbaycan Milli Paralimpiya Komitəsininin (MPK) İcraiyyə Komitəsinin iclası keçirilib.
Rekord.az MPK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, İlqar Rəhimov MPK-nın strukturunun optimallaşdırılması, rəhbər aparatının işçilərinin sayının azaldılması, maddi resusrlarının qənaət edilməsi və təşkilatın nizamnaməsinin Beynəlxalq Paralimpiya Komitəsinin nizamnaməsinə uyğunlaşdırılması məqsədilə vitse-prezident sayının bir nəfər olaraq müəyyən edilməsi və baş katib vəzifələsinin ləğv olunmasının məqsədə uyğun olduğunu bildirib.
Rəhimov daha sonra Komitənin işlərinin və tapşırıqların daha səmərəli icra olunması üçün icraçı direktor vəzifəsinin yaradılmasına ehtiyac olduğunu vurğulayıb. Komitə prezidenti yeni təsis olunan icraçı direktor vəzifəsinə Babayev Eldar İbrəhim oğlunun təyin olunmasına razılıq verilməsini İcraiyyə Komitəsinin üzvlərindən xahiş edib.
Daha sonra gündəlikdə olan məsələlər müzakirə edilib və İK-nın bir sıra qərarları qəbul edilib:
1. Milli Paralimpiya Komitəsində (MPK) vitse-prezident sayının bir nəfər olaraq müəyyən edilməsi və baş katib vəzifələsinin ləğv edilsin.
2. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsninin icraçı direktor vəzifəsi təsis olunsun.
3. Babayev Eldar İbrəhim oğlunun Milli Paralimpiya Komitəsinin icraçı direktor vəzifəsinə təyin olunmasına razılıq verilsin.
4. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsninin nizamnaməsində müəyyən dəyişiklik edilsin və nizamnamə yeni redaksiyada növbəti Ümumi Yığıncaqda təsdiq olunsun.
İcraiyyə Komitəsinin iclası bitdikdən sonra Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun əmri ilə Rauf Mürsəlov icraçı direktorun müavini vəzifəsinə təyin edilib. O, Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında və Pekin-2022 Qış Paralimpiya Oyunlarında Azərbaycan milli komandasının şef-de-missionu olub.