“Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, "ağ-qaralar" paraqvaylı yarımmüdafiəçi Dieqo Valdesi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Valdes son olaraq ölkəsində "Quarenya"da çıxış edib.