Fransa və Almaniya arasında Münhendə keçirilən Avropa çempionatı oyunu başlamazdan əvvəl azarkeşlərdən biri paraşütlə meydana enib.

Rekord.az xəbər verir ki, “Greenpeace” şirkətinin əməkdaşlarından biri meydançaya paraşütlə enib.

Enişdə səhvə yol verən şirkət üzvü qəzadan son anda qurtulub. O, üzərində “Rədd olsun neft” yazılmış paraşütlə stadiona düşüb.

Hadisə nəticəsində fanatlardan bir neçəsi xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Həmin şəxs meydana düşdükdən sonra təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Qarşılaşma Fransanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. AVRO-2020-yə iyulun 11-də yekun vurulacaq.