Azərbaycan paraüzgüçüsü Raman Saley Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında finala yüksəlib.

Rekord.az xəbər verir ki, idmançı S12 kateqoriyasında 100 m məsafəyə arxasıüstə üzmə üsulunda ümumi sıralamada ikinci pilləni (1:01.29) tutub.

Final bu gün, Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Paralimpiada sentyabrın 8-də yekunlaşacaq.