Paris-2024: Azərbaycan təmsilçisi məğlub oldu
- 04 Sen 2024 16:00
- 318
Azərbaycan təmsilçisi Cahan Musayev Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında məğlub olub.
Rekord.az xəbər verir ki, parakamandan oxatmada mübarizə aparan idmançı 1/16 final mərhələsində iranlı Məhəmməd Reza ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 6:4.
Paralimpiada sentyabrın 8-də başa çatacaq.