Voleybol üzrə Olimpiya oyunlarının təsnifat mərhələsinin ilk etapına ev sahibliyi edəcək ölkənin adı bəlli olub. "Rekord.az" xəbər verir ki, həm qadınlar, həm də kişilər arasında olimpiadanın seçmə mərhələsi ilk olaraq Yaponiyada keçiriləcək.

Gündoğar ölkədə baş tutacaq yarışın qrupları gələn ilin yanvar ayında bəlli olacaq. Olimpiadaya ev sahibliyi edəcək Fransanın həm qadın, həm də kişilərdən ibarət millisi yarışda birbaşa iştirak edəcək. Komandalar hərəsində səkkiz iştirak olmaqla üç qrupda mübarizə aparacaqlar. Hər qrupdan ilk iki yerin sahibi, ümumilikdə isə altı yığma Paris-2024-ə vəsiqəni təmin edəcək.

Digər təsnifat yarışları ilə bağlı detallar isə bir müddət sonra bəlli olacaq.