Fransadakı Yay Paralimpiya Oyunlarında paracüdo üzrə mübarizəyə start verilib.

Rekord.az xəbər verir ki, Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1 kateqoriyası) 1/4 finalda Fransadan olan Ceyson Qrandra ilə üz-üzə gəlib.

Rəqibinə uduzan Zəkiyev təsəlliverici görüşə qatılacaq.

Digər paracüdoçumuz Dürsədəf Kərimova (J2 kateqoriyası) da Zəkiyevin aqibətini yaşayıb. +70 kq çəkidə mübarizə aparan idmançı 1/4 finalda Souza Silva (Braziliya) ilə üz-üzə gəlib. Rəqibinə uduzan Kərimova təsəlliverici görüşə qatılacaq.

Xatirə İsmiyeva (J1 kateqoriyası) isə mübarizəyə 1/8 finaldan başlayıb. +70 kq çəkidə yer alan idmançımız startda Birləşmiş Ərəb Əmirliklərindən olan Maryam Aldhanhani ilə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn İsmiyeva növbəti raunda yüksəlib. Amma İsmiyeva da 1/4 final mərhələsində məğlub olub. İdmançımız Türkiyə təmsilçisi Nazan Akına uduzub. İsmiyeva da təsəlliverici görüşə qatılacaq.